https://news.day.az/azerinews/1854060.html Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib. AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub. İdmançı 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub.

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanca, 15 августа 2026 10:59 (UTC +04:00) 129
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub.

İdmançı 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub. Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zuzqovu məğlub edən Saleh Sultanov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Paracüdoçu həlledici görüşdə Gürcüstan təmsilçisi Mişiko Siobrişviliyə qalib gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости