https://news.day.az/azerinews/1854179.html ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəliş üzrə bildiriş göndərib ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın ABŞ-nin Azadlığa Dəstək Aktına 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə bildiriş göndərib.

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəliş üzrə bildiriş göndərib

Azərbaycanca, 15 августа 2026 21:11 (UTC +04:00) 141
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəliş üzrə bildiriş göndərib

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın ABŞ-nin Azadlığa Dəstək Aktına 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə bildiriş göndərib.

ABŞ Konqresinin rəsmi protokoluna əsasən, iyulun 28-də Dövlət Departamenti müvafiq sənədi Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsinə məhdudiyyətlər qoyur. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu düzəlişin qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarını uzadır və bu barədə Konqresi məlumatlandırırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости