https://news.day.az/azerinews/1854974.html
"Bitcoin"in qiyməti kəskin bahalaşdı
Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb. Day.Az APA-ya istinadən bildirir ki, "CoinMarketCap" platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.
"Ethereum"da daha kəskin artım qeydə alınıb. Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.
"Bitcoin"in qiyməti kəskin bahalaşdı
Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.
Day.Az APA-ya istinadən bildirir ki, "CoinMarketCap" platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.
"Ethereum"da daha kəskin artım qeydə alınıb.
Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.
Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.
Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb.
Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре