https://news.day.az/azerinews/1859091.html Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Day.Az xəbər verir ki, bunu Anqola nümayəndə heyətinin üzvü Vasko Patrisio "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində Trend-ə açıqlamasında deyib.

Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanca, 10 сентября 2026 15:18 (UTC +04:00) 196
Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir

Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq uzun illərdir davam edir.

Day.Az xəbər verir ki, bunu Anqola nümayəndə heyətinin üzvü Vasko Patrisio "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda çox sayda Anqola vətəndaşı təhsil alır və bu, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.

"Düşünürəm ki, ölkələrimiz arasında yaxşı əməkdaşlıq var. Təhsil əsas sahələrdən biridir. Bu proses uzun müddət əvvəl başlayıb və hazırda da davam edir. Müstəqillik əldə etdikdən sonra bir çox Anqola vətəndaşı Azərbaycanda təhsil alıb. Bu sahədə əməkdaşlığımızı daha da genişləndiririk", - deyə V.Patrisio bildirib.

O, həmçinin Azərbaycanın paytaxtı Bakı ilə bağlı ilk təəssüratlarının müsbət olduğunu vurğulayıb.

"Bura dünən gecə gəlmişəm. İlk təəssüratım çox yaxşıdır. Azərbaycan çox təmiz ölkədir, insanlar mehribandır. Bakı da gözəl şəhərdir", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости