https://news.day.az/azerinews/1865240.html
Bu ölkədə 8 zəlzələ qeydə alındı
Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb. Day.Az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib.
Bu ölkədə 8 zəlzələ qeydə alındı
Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb.
Day.Az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.
Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb. 3,2 maqnitudalı sonuncu zəlzələ səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре