https://news.day.az/azerinews/1869774.html Azərbaycandan bu ölkəyə neft ixracını 4,5 dəfə artırıb 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Azərbaycandan bu ölkəyə neft ixracını 4,5 dəfə artırıb

Azərbaycanca, 26 октября 2026 19:02 (UTC +04:00) 339
Azərbaycandan bu ölkəyə neft ixracını 4,5 dəfə artırıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.

Trend-in rəsmi məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 204,9 milyon ABŞ dolları və ya 5,2 dəfə artıb. Tədarükün fiziki həcmi isə 279,5 min ton və ya 4,5 dəfə yüksəlib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-2025-ci illərdə Azərbaycandan Bolqarıstana neft və neft məhsullarının ixrac dinamikası aşağıdakı kimi olub:

İl

İxrac həcmi

İxrac dəyəri

2024

80,9 min ton

46 mln. ABŞ dolları

2025

169,5 min ton

92,3 mln. ABŞ dolları

2024-2025-ci illərdə Azərbaycandan Bolqarıstana neft ixracı həm fiziki həcm, həm də dəyər ifadəsində əhəmiyyətli artım nümayiş etdirib. Tədarükün həcmi 2024-cü ildəki 80,9 min tondan 2025-ci ildə 169,5 min tona yüksələrək iki dəfədən çox artıb.

İxracın dəyəri də demək olar ki, iki dəfə artaraq 46 milyon ABŞ dollarından 92,3 milyon ABŞ dollarına çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости