https://news.day.az/azerinews/1871554.html Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - VİDEO ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən "Learjet 60" markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib.

Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - VİDEO

Azərbaycanca, 2 ноября 2026 23:14 (UTC +04:00) 410
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı

ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən "Learjet 60" markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib.

"Dəqiqədə 20 min fut alçalırıq, yerə çırpılacağıq, vaxtımız qalmayıb", - deyə pilotun səsyazısında qeyd olunur.

Qeyd edək ki, pilot kəskin buzlaşma və şiddətli turbulensiya barədə məlumat verdikdən dərhal sonra idarəetməni itirib və təyyarə yaşayış binasının üzərinə çırpılaraq güclü partlayışa səbəb olub.

Xatırladaq ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həyatını itirib, hadisə yerində yaranan təhlükəli vəziyyətə görə ərazidən 600-dən çox sakin təxliyə edilib. Texasdan Baham adalarına doğru istiqamət götürən təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı Mülki Aviasiya Qurumları tərəfindən araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости