https://news.day.az/azerinews/1871556.html Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO Avstraliyanın Karrata şəhərindəki hava limanında "Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO

Azərbaycanca, 2 ноября 2026 22:47 (UTC +04:00) 335
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı

Avstraliyanın Karrata şəhərindəki hava limanında "Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər "Airbus A320-232" tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

"Qantas"ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости