https://news.day.az/azerinews/1871660.html AMB-nin valyuta ehtiyatları bir ildə 4 milyard dollar artıb Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı il noyabrın 1-nə 15,430 milyard ABŞ dolları təşkil edib. Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-i ilə müqayisədə 67 milyon ABŞ dolları və ya 0,44 faiz artıb.

AMB-nin valyuta ehtiyatları bir ildə 4 milyard dollar artıb

Azərbaycanca, 3 ноября 2026 12:40 (UTC +04:00) 259
AMB-nin valyuta ehtiyatları bir ildə 4 milyard dollar artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı il noyabrın 1-nə 15,430 milyard ABŞ dolları təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-i ilə müqayisədə 67 milyon ABŞ dolları və ya 0,44 faiz artıb.

Eyni zamanda, AMB-nin valyuta ehtiyatları son bir ildə 4,062 milyard ABŞ dolları və ya 35,7 faiz artıb.

Belə ki, 2025-ci il noyabrın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 11,363 milyard ABŞ dolları təşkil edib. 2026-cı il oktyabrın 1-də isə bu göstərici 15,363 milyard ABŞ dollarına çatıb.

Məlumatda, həmçinin Azərbaycanda pul bazasının dinamikası ilə bağlı göstəricilər açıqlanıb.

Qeyd olunub ki, 2026-cı il noyabrın 1-nə Azərbaycanda pul bazası 25,146 milyard manat təşkil edib.

Bu göstərici 2026-cı il oktyabrın 1-i ilə müqayisədə 328,2 milyon manat və ya 1,32 faiz çoxdur.

Eyni zamanda, ölkədə pul bazası son bir ildə 3,751 milyard manat və ya 17,5 faiz artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci il noyabrın 1-nə Azərbaycanda pul bazası 21,395 milyard manat təşkil edib. 2026-cı il oktyabrın 1-də isə pul bazası 24,818 milyard manat olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости