https://news.day.az/azerinews/1871684.html Türkiyədə qiymətlər 30 faizə yaxın bahalaşıb Türkiyədə oktyabr ayının yekunlarına görə illik inflyasiya, demək olar ki, dəyişməyərək 29,77 faiz təşkil edib (sentyabr ayındakı 29,73 faizlə müqayisədə). Day.Az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) mətbuat xidməti məlumat yayıb. Ötən ay istehlak qiymətləri 2,58 faiz artıb.

Türkiyədə qiymətlər 30 faizə yaxın bahalaşıb

Azərbaycanca, 3 ноября 2026 14:08 (UTC +04:00) 243
Türkiyədə qiymətlər 30 faizə yaxın bahalaşıb

Türkiyədə oktyabr ayının yekunlarına görə illik inflyasiya, demək olar ki, dəyişməyərək 29,77 faiz təşkil edib (sentyabr ayındakı 29,73 faizlə müqayisədə).

Day.Az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) mətbuat xidməti məlumat yayıb.

Ötən ay istehlak qiymətləri 2,58 faiz artıb. Sentyabrda bu göstərici 1,84 faiz təşkil edib. İlin əvvəlindən qiymətlər 27,52 faiz, son 12 ayın orta göstəricisi üzrə isə 31,23 faiz yüksəlib.

Əsas xərc qrupları arasında illik qiymət artımı ən çox təhsil sahəsində qeydə alınıb - 48,86 faiz. Səhiyyə xidmətləri 43,29 faiz, mənzil, su təchizatı, elektrik enerjisi, qaz və digər yanacaq növləri isə 40,24 faiz bahalaşıb.

Nəqliyyat xərcləri 36,39 faiz, ərzaq məhsulları və spirtsiz içkilər isə 27,73 faiz artıb.

Təkcə oktyabr ayında ərzaq məhsullarının qiyməti 3,5 faiz, mənzil və kommunal xidmətlərin qiyməti 2,84 faiz, nəqliyyat xərcləri isə 2,02 faiz yüksəlib.

Bununla yanaşı, müstəqil ekspertlər qrupu ENAG-ın məlumatına görə, Türkiyədə illik inflyasiya oktyabr ayında sentyabr ayındakı 46,61 faizdən 45,12 faizə enib. Aylıq qiymət artımı isə 2,1 faizdən 2,68 faizə yüksəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости