İran xəbərdarlıq etdi: Nüvə bombası atılarsa...
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq.
Day.Az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehranda təşkil olunan tədbirdə deyib.
"İndiyə qədər ölkələrin, o cümlədən ABŞ rəsmilərinin İran əleyhinə taktiki nüvə silahından istifadə edilməsi ehtimalı haqda heç bir rəsmi açıqlama olmayıb. Bu bəzi KİV-də yayımlanan məlumatlardır. Əgər Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) üzv və nüvə silahı olan ABŞ kimi ölkənin rəsmisi İranın bəzi obyektləri və infrastrukturlarına qarşı taktiki nüvə silahından istifadə etmək niyyətində olduğunu açıqlayarsa, məsələ hüquqi aspektdən daha geniş hal alacaq. Belə bir hədə nüvə hüququnun və Nüvə Silahlarının Yayılmamasına dair Sazişin tam şəkildə məhv olması mənasında olacaq", - deyə o qeyd edib.
Nazir müavini deyib ki, İran əleyhinə taktiki nüvə silahından istifadə olunduğu halda, İran qolu bağlı qalmayacaq, tamaşaçı olmayacaq və beynəlxalq səhnədə hüquqi etirazlarla kifayətlənməyəcək. Bu halda beynəlxalq hüquqi rejimlər təkcə İran üçün deyil, bu çərçivələrdə olan bir çox ölkə üçün sona çatmış olacaq.
Qeyd edək ki, son günlər amerikalı jurnalist Taker Karlson bildirib ki, ABŞ potensial hədəf kimi İrnaın mərkəzi hissəsində yerləşən Koləng dağına nüvə zərbəsi endirə bilər. Tehranın həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa etdiyi iddia olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре