https://news.day.az/azerinews/1872013.html Səbuhi Sadıqovun yeni müavinləri - FOTO Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqova yeni müavinlər təyin edilib. Day.Az bu barədə Dövlət Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Prezidentin 2026-cı il 3 noyabr tarixli sərəncamları ilə Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Agentliyin sədr müavinləri vəzifələrinə təyin olunublar.

Səbuhi Sadıqovun yeni müavinləri - FOTO

Azərbaycanca, 4 ноября 2026 16:05 (UTC +04:00) 242
Səbuhi Sadıqovun yeni müavinləri

Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqova yeni müavinlər təyin edilib.

Day.Az bu barədə Dövlət Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Prezidentin 2026-cı il 3 noyabr tarixli sərəncamları ilə Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Agentliyin sədr müavinləri vəzifələrinə təyin olunublar.

1984-cü il təvəllüdlü Zaur Abişev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramında magistr təhsili alıb. "Ernst & Young" şirkətində baş menecer, "MKT İK" şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışıb. 2022-ci ildən Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini olub.

1986-cı il təvəllüdlü Zaur Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr, İsveçrənin IMD Biznes Məktəbində MBA təhsili alıb, Harvard Universitetində dövlət idarəçiliyi üzrə təhsil keçib. "Unibank", "Bank Respublika" və Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Səbuhi Sadıqov Prezident İlham Əliyevin 2026-cı il 3 noyabr tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости