Yapon alimləri itirilmiş dişlərin yenidən çıxmasına imkan verən dərman hazırlayır
Yapon alimləri itirilmiş dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində çalışırlar.
Day.Az xəbər verir ki, preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər.
Həkim Katsuo Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu dişlərin inkişafını məhdudlaşdıran USAG-1 zülalının fəaliyyətini bloklamaqla yeni dişlərin yaranmasını stimullaşdırmağa çalışır. Heyvanlar üzərində aparılan ilkin sınaqlar ümidverici nəticələr verib və preparatın insanlar üzərində sınaqdan keçirilməsi üçün zəmin yaradıb.
Bununla belə, dərmanın ilkin olaraq kariyes və ya travma nəticəsində dişlərini itirənlər üçün deyil, anadangəlmə diş çatışmazlığı olan şəxslər üçün nəzərdə tutulduğu bildirilir. Tədqiqat uğurla nəticələnərsə, gələcəkdə stomatologiyada yeni müalicə imkanları yarana bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре