https://news.day.az/azerinews/1873387.html Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Azərbaycan Respubılikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident. Əziz Qardaşım.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycanca, 10 ноября 2026 11:46 (UTC +04:00) 177
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respubılikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости