Həkim qəfil tərləmənin üç qeyri-adi səbəbini açıqladı
Rusiyalı endokrinoloq-diyetoloq Vladimir Mayorov bildirib ki, həddindən artıq tərləmə hər zaman isti hava, fiziki fəaliyyət və ya streslə əlaqəli deyil.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, qəfil tərləmənin səbəblərindən biri diabet və qanda şəkərin səviyyəsinin kəskin dəyişməsidir. Bu zaman soyuq tər, titrəmə, ürəkdöyünmə və halsızlıq müşahidə oluna bilər.
Həkim güclü tərləmənin digər səbəbi kimi bəzi dərmanların qəbulunu göstərib. Xüsusilə antidepresantlar, antipsixotiklər və insulin belə reaksiyaya səbəb ola bilər. Tərləmə yeni dərman qəbulundan və ya dozanın dəyişdirilməsindən sonra başlayarsa, həkimlə məsləhətləşmək tövsiyə olunur.
Mütəxəssisin açıqladığı üçüncü səbəb isə hipertireozdur. Bu xəstəlik zamanı maddələr mübadiləsi sürətlənir və orqanizmin istiyə həssaslığı artır. Çəki itkisi, ürəkdöyünmə, qıcıqlanma və titrəmə də xəstəliyin mümkün əlamətləri sırasındadır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре