https://news.day.az/azerinews/1875161.html
Avtomobil aşıb - Sürücü ölüb, sərnişin xəsarət alıb
Samux rayonunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Day.Az xəbər verir ki, hadisə noyabrın 17-də saat 19 radələrində rayonun Qədili kəndi ərazisində baş verib.
Avtomobil aşıb - Sürücü ölüb, sərnişin xəsarət alıb
Samux rayonunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Day.Az xəbər verir ki, hadisə noyabrın 17-də saat 19 radələrində rayonun Qədili kəndi ərazisində baş verib.
1994-cü il təvəllüdlü İlyas Aslanov idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре