https://news.day.az/azerinews/1876445.html
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"a qarşı keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin tibbi heyəti 18 yaşlı futbolçunun sağ topuğunda narahatlıq olduğunu müəyyənləşdirib.
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"a qarşı keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin tibbi heyəti 18 yaşlı futbolçunun sağ topuğunda narahatlıq olduğunu müəyyənləşdirib. Klub riskə getməmək üçün Yamala istirahət vermək və onu Bakı səfərinə aparmamaq qərarına gəlib.
İspaniyalı futbolçunun noyabrın 29-da "Deportivo" ilə matça qədər yaşıl meydanlara qayıtması gözlənilir.
Xatırladaq ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре