https://news.day.az/azerinews/1877273.html Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin mümkün qədər tez nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan ediblər. Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Tərəflər Ukrayna ilə yanaşı İran münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb.

Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib

Azərbaycanca, 26 ноября 2026 14:05 (UTC +04:00) 246
Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin mümkün qədər tez nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan ediblər.

Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tərəflər Ukrayna ilə yanaşı İran münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Sənəddə qeyd olunur ki, "görüş çox məhsuldar olub, əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə olub".

"Biz həmçinin Rusiyanın müharibənin qəsdən və ya bilmədən genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməsinin, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmanın təmin edilməsinin vacibliyini müzakirə etdik", - deyə Ağ Evin Floridada yerləşən Mar-a-Laqo iqamətgahında noyabrın 25-də keçirilən görüşün yekunlarına dair Tramp və Ruttenin birgə bəyanatında bildirilib.

ABŞ Prezidenti və NATO-nun baş katibi görüşü "əla" qiymətləndiriblər.

"Bundan əlavə, müdafiə xərclərinin və ABŞ-də, eləcə də NATO-ya üzv bütün ölkələrdə sənaye bazamıza kapital qoyuluşlarının daha da artırılmasının vacibliyini müzakirə etdik", - deyə onlar bildiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости