“Koroğlu” stansiyasında ilin rekordu qeydə alınıb
"Sabah" - "Barselona" qarşılaşması günü Bakı metrosunun "Koroğlu" stansiyası 70 570 sərnişinə xidmət göstərərək bu il üzrə ən yüksək göstəriciyə çatıb.
Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Metropolitenin məlumatına görə, iş rejimi uzadılan M1 xəttində gecə saat 00:00-dan sonrakı bir saat ərzində 13 749 sərnişin daşınıb. Sərnişin axını ilə əlaqədar ehtiyat qatarlar dərhal xəttə buraxılıb.
Metronun "28 May" və "Gənclik" stansiyalarında isə ümumilikdə 62 mindən çox səfər qeydə alınıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Barselona" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре