https://news.day.az/azerinews/1877354.html Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb - FOTO Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə iki ölkə arasında əməkdaşlığın inkişafını və prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb - FOTO

Azərbaycanca, 26 ноября 2026 16:31 (UTC +04:00) 212
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə iki ölkə arasında əməkdaşlığın inkişafını və prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında həmin gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

  • Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
  • Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
  • Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
  • Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости