https://news.day.az/azerinews/1877357.html Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib - FOTO İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın xarici işlər naziri Kęstutis Budryslə görüşüb. Görüşdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib - FOTO

Azərbaycanca, 26 ноября 2026 16:39 (UTC +04:00) 223
Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın xarici işlər naziri Kęstutis Budryslə görüşüb. Görüşdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanlar nəzərdən keçirilib. Sənədin ticarət, investisiya və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub.

Tərəflər qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya əlaqələrinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıblar.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları, eləcə də nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

  • Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib
  • Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib
  • Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib
  • Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости