https://news.day.az/azerinews/1877347.html Doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Azərbaycanca, 26 ноября 2026 16:10 (UTC +04:00) 128
Doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости