Ötən gün 57 cinayətin üstünü açıb
Noyabrın 27-də polis ölkə ərazisində həmin gün qeydə alınan 51 cinayətin və əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstünü açıb.
Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan 107 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Narkotiklərlə bağlı 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 6 fakt müəyyən edilib.
Ailə üzvlərinə xəbər vermədən yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş şəxs kimi axtarılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında polis 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və müxtəlif çaplı 394 patron aşkar edərək götürüb.
Qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanması və götürülməsi üzrə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре