Metroda işləmək istəyənlərə şad xəbər

Day.Az представляет новость на азербайджанском языке

Bakı metropolitenində kurslar keçərək işləmək istəyənlərin nəzərinə, boş vakansiyalar var. 

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:

Xanımlar üçün;
• Yaş: 18 - 30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
 Azərbaycan dili - Əla
 Xarici dil bilmək arzuolunandır
Oğlanlar üçün;
• Yaş: 22 - 30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
 Azərbaycan dili - Əla
 Xarici dil bilmək arzuolunandır

Kurslarda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsininin qeyd edilməsi zəruridir. 
Müraciət üçün son tarix 04.03.2016-cı il".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.