Şəkidə toyda elə dava düşdü ki... - Yaralılar var
Day.Az представляет новость на азербайджанском языке
Şəkidə toyda dava düşüb. İki qardaş həmkəndlisi tərəfindən bıçaqlanıb.
ATV.az bildirir ki, hadisə dünən axşam saatlarında rayonun Şin kəndinin ərazisində yerləşən şadlıq evinin həyətində baş verib. Kənd sakini Təbriz Qəribov və həmkəndlisi Mikayıl Bəkirovun arasında hələ ki, istintaqa məlum olmayan səbəbdən mübahisə düşüb. Toyda başlayan mübahisə şadlıq evinin həyətində davam edib. Sərxoş vəziyyətdə olan Mikayıl Bəkirov bıçaqla Təbriz Qəribovun sağ kürək nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. Mikayıl Bəkirov, Təbriz Qəribovun köməyinə gələn qardaşı Qalib Qəribovun da sol qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Onlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Təbriz Qəribova sağ kürək nahiyəsində kəsilmiş və deşilmiş 8 bıçaq yarası, qardaşı Qalib Qəribova isə sol bazunun yuxarı hissəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Təbriz Qəribovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qardaşının yarası yüngül olduğu üçün, ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəüçün evə buraxılıb.
Hazırda Mikayıl Bəkirovun tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре