Qubada sakini borca görə dostunu bıçaqladı

Day.Az представляет новость на азербайджанском языке

Qubada sakini dostunu bıçaqladı.

ARB Şimal xəbər verir ki, ötən gün axşam saatlarında Qubada bıçaqlanma hadisəsi baş verib.

Rayonun Alekseyevka kənd sakini, 37 yaşlı İsrafilov Oqtay Zərifşah oğlu bıçaqlanıb. 4 bıçaq zərbəsi alan yaralı müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisənin zərərçəkənin dostu, 41 yaşlı Qam-qam kənd sakini Ocaqov Asəf Məhbud oğlutərəfindən törədildiyi məlum olub. Bıçaqlanmaya tərəflər arasında borc üstündə yaranan mübahisənin səbəb olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Asəf Ocaqov saxlanılıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Borca görə dostunu bıçaqladı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.