Azərbaycan maliyyə bazarinda böyük təlim səfərbərliyi!

Azərbaycanın ən etibarlı banklarının bir mərkəzdə cəmləşdiyi Baku Forex Center nəzdindəki banklardan AGBank və Rabitəbank investorları maarifləndirmək üçün təlim səfərbərliyinə başladı.

Gənc, amma hər keçən gün böyüyən və güclü dövlət olan Azərbaycan, iyirmi birinci əsrdə investisiya etməyi öyrənərək daha da zənginləşəcək.

Bu təlimdə nələr var?


Bankların Forex sahəsində təcrübəli investisiya mütəxəssis heyətinin hər gün təqdim edəcəyi dünya standartlarındakı pulsuz və sertifikatlı təlimlər, yeni başlayan investorlara dünyanın ən zəngin biznesmenlərinin pul qazanma strategiyalarını öyrədəcək. Təlimdə iştirak edənlərə yeni bir dünyanın qapısını açaraq, onlara böyük investor olma fürsəti təqdim edəcək.

Başlanğıc üçün Baku Forex Center tərəfindən banklar vasitəsilə qalib olan hər kəsə qarşılıqsız, geri ödəmə şərti olmadan 250 AZN məbləğində Forex hesabı açılacaq. Bu pulu investorlar istədiyi kimi istifadə edəcəklər və Forex dünyasına daxil olmaq üçün əla fürsət əldə edəcəklər. Təlim keçənlər sertifikat almağa haqq qazanacaqlar. Biliklərini daima yeniləmək üçün Forex kitabını və animasiyalı təlim CD-sini əldə edəcəklər.

Bəs, bütün bunlar üçün nə etmək lazımdır?


Sadəcə day.az saytında Rabitəbank və AGBank bannerlərinə tıklayıb suala düzgün cavab vermək və qeydiyyat formasını doldurmaq lazımdır. Rabitəbank Forex və AGBank Forexin mütəxəssis heyəti sizə zəng edib təlim tarixləri haqqında məlumat verəcəklər. Təlimdə iştirak edən hər kəs 250 AZN qarşılıqsız Forex hesabı əldə edəcək.

Baku Forex Center Haqqında


EFX Capital Markets 10 ildən çoxdur ki sahib olduğu bilik və təcrübə ilə Azərbaycanda Baku Forex Center Layihəsini həyata keçirmənin qürurunu və həyəcanını yaşayır. Baku Forex Center Layihəsi, Azərbaycanı regionun Forex mərkəzi etməyi hədəfləyir. Azərbaycanda fəaliyyət göstərən bankları əhatə edən bu bənzərsiz partnyorluğun məqsədi isə əməkdaşlıq etdiyi banklara və bu banklardan xidmət alan investorlara maksimum fayda təmin edəcək maliyyə yönümlü bir ortaqlıq forması qurmaq və inkişaf etdirməkdir.

Dünyada ilk dəfə bu qədər geniş, ətraflı olan bu iş modeli ilə həm banklara, həm də üzv olan bank müştərilərinə şəffaflıq, hesab verilə biləcək formada olması, bərabərlik və məsuliyyət prinsipləri çərçivəsində beynəlxalq standartlarda xidmət vermək hədəflənir. Bakının regionun əhəmiyyətli bir maliyyə mərkəzi halına çevrilməsinə dəstək verəcək BFC-ə üzv olmaq istəyən banklar bunun üçün hər hansı bir xərcə girməyir, bu banklardan xidmət alan investorlar da BFC xidmətlərindən tamamilə pulsuz olaraq istifadə edə bilirlər. EFX Capital likvidlik təmin edici bir təşkilat olmasına baxmayaraq, partnyorlarından xidmət alan fərdi investorlara da fayda təmin edəcək bir çox üstünlük təqdim edir. Dünyanın ən prestijli Forex şirkətləri və bankları ilə partnyorluğu və xüsusi müqavilələri olan EFX Capital Markets, bu layihə ilə dünyanın ən böyük və ən likvid maliyyə bazarı olan Forex bazarının Azərbaycanda da əhəmiyyətli bir səviyyəyə gələcəyinə inanır.

Azərbaycanda AGBank, Rabitəbank, Amrahbank və VTB Bankın daxil olduğu Baku Forex Center, böyüyən və inkişaf edən Azərbaycan maliyyə bazarına yeni vizyon qatarkən, Türkiyə və Azərbaycan arasında yeni bir körpü olaraq, iki qardaş ölkə arasındakı güclü əlaqələrin inkişafına da töhfə verməkdədir. Qarşıdakı illərdə daha da böyüyəcəyini düşündüyümüz Baku Forex Center quruluşu, qlobal miqyasda də nümunə model olmağa davam edəcəkdir.