"Onların məni niyə təhqir etməsini anlamıram"

Day.Az представляет новость на азербайджанском языке
"Schalke"nin yetirməsi olan Manuel Noyer hazırda "Bavariya"nın əvəzedilməz fiqurlarından biridir. Bir neçə gün öncə o, "Bavariya" ilə müqaviləsini 2021-ci ilə kimi uzatdı. Goal.az xəbər verir ki, 30 yaşlı qolkiper Gerzenkirxen klubu azarkeşlərinin onu təhqir etməsinə "məntiqli izah tapmadığını" qeyd edib.
"Topla olanda məni fitə tuta bilərlər. Amma "Bavariya"dakı karyerama nəzər salsaq, düzgün qərar verdiyimə şahid olarsınız. Əlbəttə, emosiyalar futbolun tərkib hissəsidir. Amma "Schalke" azarkeşlərinin məni niyə təhqir edib lazımsız sözlər dediklərini anlaya bilmirəm".
Noyer 2006-11-ci illərdə "Schalke"nin əsas komandasında çıxış edib. 156 dəfə həmin klubda meydana çıxandan sonra 22 milyon avro qarşılığında Münhen təmsilçisinə transfer edilmişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре