"Forbes" dünyanın ən gənc milyarder qadınının sərvətini sıfırladı

Day.Az представляет новость на азербайджанском языке

Amerikanın "Forbes" jurnalı dünyanın ən gənc milyader qadınının, "Theranos" şirkətinin qurucusu Elizabet Holmsun 4, 5 milyard dollar varidatını sıfırlayıb.

"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nəşr hələ 2015-ci ildə Holmsun dünyada öz gücünə uğur əldə edən zəngin iş qadını olduğunu yazıb.

E. Homs "Theranos" şirkətinin əsasını 2003-cü ildə, hələ 19 yaşında ikən qurub. O, biznes həyatı üçün Stenford Universitetindəki təhsilini yarımçıq qoyub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.