Ukrayna vətəndaşı Kürdəmirdə yol qəzası törədib

Day.Az представляет новость на азербайджанском языке

Ukrayna vətəndaşı Kürdəmirdə yol-nəqliyyat hadisəsi törədib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 206-cı kilometrliyində, Kürdəmir rayonunu Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Göyçay rayon sakini, 33 yaşlı Elçin Akif oğlu Axundovun idarə etdiyi "Ford" markalı yük maşınını onun arxasınca hərəkət edən Ukrayna  vətəndaşı 48 yaşlı Klevanov Valeriy Petroviçin idarə etdiyi "Reno" markalı maşınla vurub.  Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, "Ford" markalı maşına ciddi ziyan dəyib. Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.