Xoşqədəm Hidayətqızından Elgizlə bağlı açıqlama - VİDEO
Day.Az представляет новость на азербайджанском языке:
Aparıcı Xoşqədəm Hidayətqızı həmkarı Elgiz Əkbərin onunla veriliş aparmaq istəməməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, o, "Sən tək deyilsən" verilişində E.Əkbərin ünvanına təriflər yağdırıb:
"Əslində, birinci efirimdə Elgiz mənimlə canlı yayıma çıxmalı deyildi. Mənə dəstək üçün bu addımı atdı. O da, mən də ulduzam. Onun kimi ulduz Xoşqədəm Hidayətqızı adı ilə yayımlanan verilişə çıxdı. Bu, böyük işdir. Bu adam mənimlə birlikdə veriliş aparmaqdan imtina edəcəkdisə, niyə mənim adım altında efirə çıxırdı? Yazılanlara fikir verməyin".
Canlı yayıma qatılan E.Əkbər isə bunları deyib:
"Biz yazılanları normal qəbul etməliyik. Şəxsi həyat haqda yazılsaydı, əsəbiləşərdim. Bu, xalqın verilişidir. Çox baxımlıdır. Müzakirə etmələri normaldır. Əsas odur ki, Xoşqədəm Hidayətqızının yeni layihəsi gözəl alındı".
Videonu izləmək üçün şəkilə klikləyin:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре