Ağdamda market

Ağdamda market yanaraq külə dönüb.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürən bölməsi çağrılıb. Yanğınsöndürənlər baş verən yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.