https://news.day.az/azerinews/1544383.html
2023-cü ilin rəngi açıqlandı - FOTO
2023-cü ilin rəngi açıqlandı - FOTO
"Pantone" şirkəti 2023-cü ilin rəngini açıqlayıb.
Day.Az xəbər verir ki, gələn ilin rənginə "18-1750 Viva Magenta" adı verilib. İnstitutun fikrincə, bu, dünyanın keçdiyi çətin dövrdə onun ehtiyacı olan gücün və canlılığın simvoludur. Bu səbəbdən ilin rəngini elan edərkən tviterdə "Qeyri-adi vaxt üçün qeyri-adi kölgə" sözləri yazılıb.
Yeni qırmızı rəng süni intellektin köməyi ilə hazırlanıb.
Xatırladaq ki, 2022-ci ilin rəngi bənövşəyi və qırmızının alt tonu olan mavi idi.
Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan "Pantone" şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре