Nişanlısından ayrılan kimi yeni sevgili tapdı

Kanadalı məşhur rok ifaçısı Avril Lavin yeni eşqə yelkən açıb.

Day.Az xəbər verir ki, müğənni reper Tyga ilə münasibətdədir. Paris moda həftəsinə qatılan cütlük dodaq-dodağa olarkən paparatsilərin obyektivinə tuş gəlib.

Qeyd edək ki, Avril bundan əvvəl reper Derek Rayan Smitlə (Mod San) nişanlı olub və ötən ay ondan ayrılıb. O, 2 dəfə ailə qurub, boşanıb.