https://news.day.az/azerinews/1653866.html
Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb
Azərbaycan yığması Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.Trend xəbər verir ki, qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb.
Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb
Azərbaycan yığması Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.
Trend xəbər verir ki, qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar. Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре