“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Limanın yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması üçün limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре