https://news.day.az/azerinews/1752407.html Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hərbi prokuroru təyin edilib. Bəhruz Əhmədov kimdir? Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə dünyaya gəlib.

Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir? - DOSYE

Azərbaycanca, 13 мая 2025 17:19 (UTC +04:00) 900
Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hərbi prokuroru təyin edilib.

Bəhruz Əhmədov kimdir?

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə dünyaya gəlib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Əslən Neftçala rayonundandır.

Peşə fəaliyyətinə prokurorluq orqanlarında başlayan Əhmədov uzun illər hüquq-mühafizə və hərbi sahədə çalışaraq ciddi təcrübə qazanıb. O, Hərbi Prokurorluğun peşəkar və etibarlı kadrlarından biri kimi tanınır.

Karyerası ərzində müxtəlif məsul vəzifələrdə çalışan Bəhruz Əhmədov, bir müddət Qazax rayonunun Hərbi prokuroru və daha sonra Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib. Yeni təyinatı ilə Azərbaycanın hərbi ədalət sistemində mühüm rola sahib olacaq.

  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
  • Yeni Hərbi prokuror Bəhruz Əhmədov kimdir?
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости