https://news.day.az/azerinews/1758715.html Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - VİDEO Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - VİDEO

Azərbaycanca, 7 июня 2025 12:00 (UTC +04:00) 636
Müəllim valideynlərdən zinət əşyası tələb edib?

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости