https://news.day.az/azerinews/1770653.html Lisey və gimnaziyalara qəbul imtahanı ilə bağlı 289 şagirdin nəticəsi yenidən ləğv edilib Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir. Bu barədə Trend-ə Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

Lisey və gimnaziyalara qəbul imtahanı ilə bağlı 289 şagirdin nəticəsi yenidən ləğv edilib

Azərbaycanca, 28 июля 2025 18:30 (UTC +04:00) 460
Lisey və gimnaziyalara qəbul imtahanı ilə bağlı 289 şagirdin nəticəsi yenidən ləğv edilib

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

Bu barədə Trend-ə Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.

 

Sözügedən komissiya tərəfindən 14-18 iyul tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости