https://news.day.az/azerinews/1774482.html
Cəlilabadda qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanılıb
Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Day.Az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Cəlilabadda qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanılıb

Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Day.Az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре