https://news.day.az/azerinews/1774609.html
İsmayıllıda avtomobil aşdı: Yaralılar var - FOTO
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.
İsmayıllıda avtomobil aşdı: Yaralılar var - FOTO
.jpg)
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре