https://news.day.az/azerinews/1806818.html
Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat keçiriblər. Bu barədə Day.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat keçiriblər.
Bu barədə Day.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре