Bu verginin artırılması təklif edilir - RƏSMİ
Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.
Sədr bildirib ki, paytaxtın Nərimanov rayonunda 1000 kvadratmetr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə 500 manat ödəyir.
"Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması o obyektlərə ciddi təsir etməyəcək, lakin bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре