Rauf Vəliyev vəzifəsindən azad olundu

Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvadiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Rauf Vəliyev 2013-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.