https://news.day.az/azerinews/1810505.html Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın perspektivləri dəyərləndirilib Azərbaycanla Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın perspektivləri dəyərləndirilib

Azərbaycanca, 19 января 2026 19:25 (UTC +04:00) 324
Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın perspektivləri dəyərləndirilib

Azərbaycanla Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankı ilə əməkdaşlıq, Bankın göstərdiyi institusional və texniki dəstək tədbirlərinin bu baxımdan əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Dünya Bankı arasında reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости