https://news.day.az/azerinews/1812559.html Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 100,701 milyon manat təşkil edib. Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Azərbaycanca, 28 января 2026 18:19 (UTC +04:00) 353
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 100,701 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 5,2 milyon manat və ya 4,9% az, 2025-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə 12,5 milyon manat və ya 14,1% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,83%-ə bərabər olub.

 

Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 842 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 34 min manat, yaxud 4,2%, ötən ilin eyni dövrünə nisbətən isə 409 min manat və ya 1,9 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,38% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,772 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,1 milyard manat və ya 14,4% çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости