https://news.day.az/azerinews/1812773.html Əməkdar artistin canlı ifası və köhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, canlı performans izləyicilər arasında birmənalı qarşılanmayıb.

Əməkdar artistin canlı ifası və köhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO

Azərbaycanca, 29 января 2026 16:54 (UTC +04:00) 380
Əməkdar artistin canlı ifası və köhnə geyimi

Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, canlı performans izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi sənətçinin səsini və canlı ifasını yüksək qiymətləndirərək peşəkarlığını vurğulayıb. Digər tərəfdən, bəzi izləyicilər ifanı bəyənmədiklərini bildirərək tənqidlərini gizlətməyiblər.

Müzakirə mövzularından biri də Nüşabə Ələsgərlinin geyimi olub. Bir çox izləyici sənətçinin geyimini köhnəlmiş və dövrə uyğun olmayan hesab edərək bunu ayrıca müzakirə obyektinə çevirib. Bununla yanaşı, onun sadəliyini təqdir edənlər də az olmayıb.

Görüntülər qısa müddətdə geniş yayılıb və sənətçinin canlı performansı ətrafında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrlə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости