"1 aydır küçədə su axıb gedir, heç kimin marağında deyil"

Bakının Nəsimi rayonunda su xətti partlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə H.Aslanov və Ə.Topçubaşov küçələrinin kəsişiməsində baş verib.

Nəticədə su küçə boyu axaraq əraziyə yayılıb. 

Sakinlərin bildirdiyinə görə, bir aydan çoxdur yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülməyib.