https://news.day.az/azerinews/1813230.html
Prezident İlham Əliyev: Azərbaycan bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
Azərbaycan bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev: Azərbaycan bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
Azərbaycan bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu qeyd edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian isə öz növbəsində Prezident İlham Əliyevə təşəkkür edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре