Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub

Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.

XİN mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.

"Allah rəhmət eləsin!" - paylaşımda qeyd olunub.